IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri yaxşılaşıb - Nazir müavini

2017-2018-ci dərs ilində IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri əvvəlki dərs ili ilə müqayisədə 4,75 faiz yaxşılaşıb.

Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, hazırda buraxılış imtahanlarının nəticələrinin təhlili prosesinə başlanılıb: "Ümumilikdə əvvəlki dərs ili ilə müqayisədə daha yaxşı nəticələr əldə edilib".