Rusiyanın Uzaq Şərq regionunda meşə yanğınları son sutka ərzində 56 minə yaxın hektar meşə sahəsini məhv edib. Rusiyanın Uzaq Şərq regionunda meşə yanğınları son sutka ərzində 56 minə yaxın hektar meşə sahəsini məhv edib.

Rusiyada 56 min hektar meşə yanıb

Rusiyanın Uzaq Şərq regionunda meşə yanğınları son sutka ərzində 56 minə yaxın hektar meşə sahəsini məhv edib.

RİA Novosti agentliyinin verdiyi məlumata görə, ümumilikdə bölgədə 164 yanğın ocağı qeydə alınıb. Yakutiyada 112, Maqadan vilayətində - 42, Xabarovsk diyarında – 9, Saxalin vilayətində isə 1 meşə yanğını qeydə alınıb. Son sutka ərzində 25 yeni yanğın ocağı əmələ gəlib, 8-i söndürülüb. Sutka ərzində alov 55,8 min hektar meşə sahəsini məhv edib.

Yakutiyanın bütöv meşə ərazilərində fövqəladə vəziyyət rejimi, 8 rayonda isə yanğına qarşı xüsusi rejim tətbiq edilib.

AzNews.az