ABŞ-ın birinci xanımı Mişel Obamanın administrasiyasının sabiq rəhbəri, Çikaqo şəhər Əməkdaşlıq Şurasının ilk qadın rəhbəri, Çikaqo Universitetinin birinci vitse-prezidenti Suzan Şer Azərbaycana səfərə gələcək ABŞ-ın birinci xanımı Mişel Obamanın administrasiyasının sabiq rəhbəri, Çikaqo şəhər Əməkdaşlıq Şurasının ilk qadın rəhbəri, Çikaqo Universitetinin birinci vitse-prezidenti Suzan Şer Azərbaycana səfərə gələcək

Obama ailəsinin dostu Azərbaycana gələcək

ABŞ-ın birinci xanımı Mişel Obamanın administrasiyasının sabiq rəhbəri, Çikaqo şəhər Əməkdaşlıq Şurasının ilk qadın rəhbəri, Çikaqo Universitetinin birinci vitse-prezidenti Suzan Şer Azərbaycana səfərə gələcək






APA-nın məlumatına görə, Obama ailəsinin dostu, Amerikanın nüfuzlu strateqi Suzan Şer Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşdırılan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun "Cənubi Qafqaz Forumu" layihəsində iştirak etmək üçün Azərbaycana səfərdə olacaq.

Suzan Şer Obama administrasiyasının önəm verdiyi səhiyyə proqramının əsas müəlliflərindən biridir. O həmçinin prezident Obama administrasiyasında Amerika Yəhudi icmaları üzrə xüsusi koordinator funksiyasının icra etməkdədir. Suzan Şer Mişel Obamanın başladığı artıq çəkidən xilas olma kampaniyasının əsas dəstəkçisi olub. 2009-cu ildə prezident Obamanın müşaviri vəzifəsində çalışan Suzan Şer daha sonra Mişel Obama tərəfindən birinci xanım ofisinin rəhbəri vəzifəsinə dəvət olunub.

AzNews.az