İndoneziyada iki üzü və iki beyni bir başda yerləşən uşaq doğulub. İndoneziyada iki üzü və iki beyni bir başda yerləşən uşaq doğulub.

İndoneziyada iki üzü olan uşaq doğuldu - Foto

İndoneziyada iki üzü və iki beyni bir başda yerləşən uşaq doğulub.

AZƏRTAC “Daily Mail” nəşrinə istinadla xəbər verir ki, Qilan Endika adlı oğlan uşağı Batam şəhərində dünyaya göz açıb. Bu yaxınlarda onun iki ayı tamam olub. Q.Endikanın iki əli, iki ayağı, bir bədəni var, lakin əkiz qardaşı ana bətnində normal inkişaf edə bilmədiyinə görə, onun başı deformasiyaya uğrayıb. Başının qeyri-adi formasına görə, uşağı təbii yolla yedizdirmək mümkün deyil.

Həkimlər bildirirlər ki, belə patologiyaya 250 min haldan birində rast gəlmək olar. Başın deformasiyası, əkiz qardaşların üzlərinin və beynlərinin birləşməsi uşağın həyatına böyük təhlükə yaradır. Onun müalicəsi üçün beyin və üzlərdən birinin, eyni zamanda, kəllənin bir hissəsinin kənarlaşdırılmasını nəzərdə tutan cərrahi əməliyyat tələb olunur.

Q.Endikanın anası üç dəfə ultrasəs müayinəsindən keçməsinə baxmayaraq, doğuşa qədər uşaqda heç bir patalogiya hiss etmədiyini bildirib.

AzNews.az

image description