Yanğın qurbanlarının sayı 83-ə çatdı

Yunanıstanda bu ilki dəhşətli yanğınlar görünür ölkə tarixində ən dəhşətli təbii fəlakət olacaq.

Modern.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, ölənlərin sayı artıq 83 nəfərə çatıb, daha 100 nəfərə yaxın şəxsin isə itkin düşdüyü bildirilir.

Bundan əlavə içərilərində uşaqların da olduğu 187 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.

Attika ərazisində hələ də fövqəladə hal vəziyyəti saxlanılır.

Yanğınlara miqyası ilə əlaqədar olaraq ölkənin fövqəladə hallar xidməti ilə yanaşı bütün güc strukturları da cəlb edilib.

Ölkənin Müdafiə Nazirliyinin nümayəndəsi Anders Persson döyüş təyyarələri ilə 3 min metr yüksəklikdən yanğın məkanına bombalar atıldığını bildirib. O, bombaların partlayış nəticəsində yanğın yerində oksigeni məhv edərək alovların sönməsinə səbəb olduğunu qeyd edib.

Yunanıstan baş naziri Aleksis Tsipras faciə ilə əlaqədar ölkədə 3 günlük matəm elan edib.

Ölkə prokurorluğu isə yanğınların səbəblərini araşdırmağa başlayıb.

Xilasedicilərin isə hələ də itkin düşənlərin axtarışlarını davam etdirirlər.

Qeyd edək ki, 2007-ci ildə baş vermiş yanğılar Yunanıstan tarixində ən güclü yanğın kimi qiymətləndirilirdi. Həmin il ölkənin müxtəlif bölgələrində baş vermiş yanğınlar nəticəsində ümumi olaraq 84 nəfər həyatını itirib.

AzNews.az