Birləşmiş Millətlər Təşkilatı (BMT) maddi problemlərə üz-üzə qalıb. Birləşmiş Millətlər Təşkilatı (BMT) maddi problemlərə üz-üzə qalıb.

BMT-nin “maddi problemi” var

Birləşmiş Millətlər Təşkilatı (BMT) maddi problemlərə üz-üzə qalıb.

“Qafqazinfo” xəbər verir ki, baş katib Antoniu Quterreş bu barədə təşkilata üzv ölkələrə və əməkdaşlara müraciət ünvanlayıb. O, BMT-nin nağd ehtiyatlarının çox aşağı düşdüyünü, buna görə də xərcləri azaldacağını və lazımi tədbirlər görüləcəyini bəyan edib. Vəziyyəti izah etməyə çalışan Quterreş “Ümumi vəziyyət narahatlıq doğurur. BMT kimi səviyyəli təşkilat maliyyə sıxıntısı ilə üzləşməməlidir. Bizi ən çox narahat edən isə köməyə ehtiyacı olanların çağırışlarını cavab verə bilməməkdir”-, deyə açıqlama verib.

Antoniu Quterreşin mətbuat katibi Stefan Cüjarrik jurnalistlərə açıqlamasında bildirib ki, BMT-nin 193 üzv dövlətindən iyul ayına qədər yalnız 112-si ianə ödəyib və yaranan maddi problemlərə ödənişlərin gecikməsi, ianələrin ödənilməməsi səbəb olub.

AzNews.az