Əfqanıstanda tibbi mərkəzə hücum - Ölənlər və yaralılar var

Əfqanıstanda tibb mərkəzinə edilən hücum nəticəsində iki nəfər ölüb, beş nəfər isə yaralanıb. Qeyd olunur ki, ölənlər mərkəzin əməkdaşlarıdır.

Trend-in "Tolo News"a istinadən verdiyi məlumata əsasən, terrorçuların hücumunun qarşısı təhlükəsizlik qüvvələri tərəfindən alınıb.