2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac 846,5 mln. ABŞ dolları təşkil edib. 2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac 846,5 mln. ABŞ dolları təşkil edib.

Bu il Azərbaycan qeyri-neft sektoru üzrə nə qədər məhsul satıb?

2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac 846,5 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin iyul sayında qeyd olunub.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixrac 110,5 mln. ABŞ dolları və ya 15% artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin ilk 6 ayı ərzində Rusiyaya 319,9 mln. dollar, Türkiyəyə 180,1 mln. dollar, Gürcüstana 74,1 mln. dollar, İsveçrəyə 69,3 mln. dollar və Çinə 23,9 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

2018-ci ilin birinci yarısında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (140 mln. ABŞ dolları) liderliyini qoruyub. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 60,7 mln. ABŞ dolları) ikinci və elektrik enerjisi (54,6 mln. ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə 2018-ci ilin ilk altı ayı ərzində meyvə-tərəvəz ixracı 276,7 mln. dollar, plastmas və onlardan hazırlanan məmulatların ixracı 71,8 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 69,7 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 37,8 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 30,7 mln. dollar, pambıq ipliyi ixracı 9,9 mln. ABŞ dolları təşkil edib.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin ilk yarısında elektrik enerjisinin ixracı 2,2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 24,4%, pambıq ipliyinin ixracı 23,3%, meyvə-tərəvəzin ixracı 20,3%, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 13,7%, kimya sənayesi məhsullarının ixracı 4,4% artıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin iyun ayında qeyri-neft sektoru üzrə ixrac 179 mln. ABŞ dolları təşkil edib. 2018-ci ilin iyun ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında ilk beşlikdə Rusiya (96,7 mln. ABŞ dolları), Türkiyə (25,9 mln. ABŞ dolları), İsveçrə (12,8 mln. ABŞ dolları), Gürcüstan (8,1 mln. ABŞ dolları) və Niderland (5,8 mln. ABŞ dolları) qərarlaşıb.

2018-ci ilin may ayında olduğu kimi iyun ayında da qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor) dəyəri ilə birinci olub (43,2 mln. ABŞ dolları). Cari ilin iyun ayında qeyri-neft sektoru üzrə ixracda albalı və gilas (26,8 mln. ABŞ dolları) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 12,4 mln. ABŞ dolları) isə üçüncü olub.

AzNews.az

image description image description image description image description