Yunanıstan mətbuatı ölkəni yasa bürüyən meşə yanğınları haqqında müxtəlif versiyalar irəli sürüb. Yunanıstan mətbuatı ölkəni yasa bürüyən meşə yanğınları haqqında müxtəlif versiyalar irəli sürüb.

“Çipras bütün Yunanıstanı yandırmağa hazırdır - səbəbkarlar: Ərdoğanla Putin”

Yunanıstan mətbuatı ölkəni yasa bürüyən meşə yanğınları haqqında müxtəlif versiyalar irəli sürüb.

Aznews.az “Anadolu Ajansı”na istinadən bildirir ki, Yunanıstanın “Eleftheri Ora” qəzeti “bəlkə də, Amerika bu qətliamı Türkiyəni “dost” olduğu Rusiyadan aldığı texnologiya ilə quldur adlandırmaq üçün təşkil edib” – deyə, yazıb.

Yunanıstanın paytaxı Afinanın yaxınlığında baş vermiş, 91 nəfərin həyatını itirdiyi və 25 nəfərin itkin düşdüyü yanğınla bağlı olaraq “Eleftheri Ora” qəzetinin manşetlərindən birində “Çipras bütün Yunanıstanı yandırmağa hazırdır – səbəbkarlar: Ərdoğanla Putin” sərlövhəsi ilə yayımlanmış xəbərdə yazılır ki, türk agentləri rus texnologiyasından istifadə edərək 8 əsgərin gizləndiyi Mati zonasını yandırdığı ilə bağlı ssenarilər yayır.
Qəzetin başqa bir xəbərində isə Türkiyə və onun prezidenti Ərdoğanın Rusiya ilə yaxınlaşmasının ABŞ və NATO-nu narahat etdiyi və bunun ABŞ tərəfindən həyata keçirildiyi bildirilib.

Həmçinin “Attikanea” saytındakı bir məqalədə ABŞ-ın lazer peykləri ilə MASERS şüalarından istifadə edərək yanğın törətdiyi qeyd edilib. Bununla yanaşı, “Megas Filippos” saytı da yanğın zonasında maşınların şüşələrinin əriməsinə əsaslanaraq, bunun ABŞ-ın sahib olduğu DEW tipli enerji silahı ilə həyata keçirilə biləcəyini iddia edib.

Nurlan Ağa