- Köhnə - Dünya
- 31 İyul 2018 16:22
- 2 763
ABŞ Rusiyaya qarşı sanksiyaları davam etdirəcək
ABŞ prezidenti Donald Tramp İtaliya baş naziri Cüzeppe Konte ilə birlikdə Ağ Evdə keçirdiyi mətbuat konfransında rəsmi Vaşinqtonun Moskvaya qarşı sanksiyalarının hələ də qüvvədə və dəyişməyəcəyini deyib.
Aznews.az “TASS” informasiya agentliyinə istinadən xəbər verir ki, ABŞ təkrar olaraq Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Xüsusilə, Trampın prezidentliyi dövründə Rusiya diplomatları ölkədən xaric edilib. Bununla yanaşı, Rusiya Federasiyasının San-Fransisko (Kaliforniya) və Sitldəki (Vaşinqton) konsulluqlarının fəaliyyəti də dayandırılıb.
Hazırda ABŞ Konqresinin senatorları Rusiyaya qarşı hər iki partiyanın nümayəndələri tərəfindən dəstəklənən sanksiyalar üzərində işləyir.
Nurlan Ağa