Həftəsonu şiddətli yağan yağışlar nəticəsində bəzi bölgələrdə su dizə qədər qalxıb. Həftəsonu şiddətli yağan yağışlar nəticəsində bəzi bölgələrdə su dizə qədər qalxıb.

Sel metronu basdı - İsveçrədə

Həftəsonu şiddətli yağan yağışlar nəticəsində bəzi bölgələrdə su dizə qədər qalxıb.

Aznews.az “Habertürk”ə istinadən bildirir ki, bunu özlərinə problem etməmiş İsveçrə xalqı vəziyyətdən əyləncə materialı olaraq istifadə edib.

Bir çox insan hava yatağı, çətir, su tapançası gətirərərək əylənməyə başlayıb və görüntülərini sosial mediada paylaşıblar.

Bir müddət sonra təhlükəsizlik qüvvələri insanlardan elektrikdən dolayı baş verə biləcək hadisələrə görə, metro stansiyalarını tərk etmələrini tələb edib.

Olaydan zərər çəkən olmayıb. Bazar günü axşam saatlarında stansiyalardakı su nəzarətə alındıqdan sonra bazar ertəsi günü metro yenidən fəaliyyətini davam etdirib.

Nurlan Ağa