- Köhnə - Dünya
- 2 Avqust 2018 12:01
- 1 403
Türkiyədə FETÖ-çü polkovniklər tutuldu - YENİ HƏBSLƏR

Ankara Cümhuriyyət Baş İstintaq İdarəsi tərəfindən FETÖ-nün (Fetullahçı Terör Örgütü) “məhrəm imamları” ilə əlaqəsi olduğu təsbit edilmiş 27 nəfər Dəniz Qüvvələri işçisinin saxlanması ilə bağlı qərar verilib. Onlardan 5-i hələ də fəaliyyət göstərirlər.
Aznews.az “Anadolu Ajansı”na istinadən bildirir ki, idarədən verilmiş açıqlamaya görə, qruplaşma ilə periodik və ardıcıl əlaqə saxlamış hərbçilərdən 3-ü polkovnik, 1-i polkovnik-leytenant, 8-i mayor, 12-si kapitan, 1-i baş leytenant və 2-si baş çavuşdur.
Saxlanmış şübhəlilərdən 5-nin vəzifədə olduğu, digərləri haqqında isə istintaq aparılması ilə əlaqədar əməliyyatların başlandığını göstərən açıqlamada saxlanma işlərinin Ankara Təhlükəsizlik Müdirliyi Qaçaqçılıqla Mübarizə şöbəsi tərəfindən Ankara və 7 bölgədə aparıldığı bildirilib.
Nurlan AĞA
Aznews.az