Türkiyə ilə ABŞ arasında çox önəmli görüş

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ xarici işlər naziri Mayk Pompeonun sabah görüşəcəkləri ehtimal olunur.

Aznews.az “Habertürk”ə istinadən bildirir ki, sabah Sinqapurda görüşəcəkləri gözlənilən iki nazirin əvvəl də Suriyadakı yeniliklər, Fətullah Gülənin geri qaytarılması, F-35 döyüş təyyarələrinin Türkiyəyə verilməsi, həmçinin İzmirdə ev həbsində saxlanılan rahib Bransonun məsələsi ilə bağlı telefon əlaqəsi saxlayıblar.

Sabahkı görüşdən əvvəl ABŞ-ın tələbi ilə yenidən əlaqə saxlamış Çavuşoğlu və Pompeonun iyulun 18-i, 26-sı və 28-si ilə birlikdə son 15 gündə dörd dəfə telefonla danışdıqları bildirilib.

Qeyd edək ki, Sinqapur görüşündə iki ölkənin xarici işlər nazirlərinin ABŞ-ın Türkiyə daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə qarşı sanksiya tətbiq etməsindən əvvəlki müzakirəsinin olacağı da gözlənilir.

Nurlan AĞA
Aznews.az