Rusiya təyyarəsi Türkiyə hava məkanında təsbit edilməyən bir təyyarə ilə qarşılaşıb. Rusiya təyyarəsi Türkiyə hava məkanında təsbit edilməyən bir təyyarə ilə qarşılaşıb.

Rusiya təyyarəsi Türkiyədə faciədən son anda xilas oldu

Rusiya təyyarəsi Türkiyə hava məkanında təsbit edilməyən bir təyyarə ilə qarşılaşıb.

Publika.az xəbər verir ki, rus pilotun peşəkarlığı sayəsində təyyarələr göydə toqquşmaqdan xilas olublar.

Hadisə rusiyalı turistləri Antalyadan Rusiyaya aparanda baş verib. Türkiyə hava məkanında baş verən hadisədə rusiyalı pilot qarşılaşdığı təyyarə ilə əlaqə qurmağa çalışıb. Həmin təyyarə pilotu cavab vermədiyindən radio siqnalları işə salıb, amma yenə də təyyarədən cavab verilməyib. Bu zaman o, ani bir manevr ilə təyyarənin uçduğu hündürlüyü artırıb. Pilotin çevikliyi nəticəsində təyyarələr toqquşmaqdan xilas olub.