ABŞ prezidenti Donald Tramp mediaya qarşı kampaniyaya davam edir. O, Pensilvaniya ştatının Nyutaun şəhərində təşkil etdiyi mitinqdə medianı saxta və iyrənc xəbərlərlə təqsirləndirərək və mitinq iştirakçılarına KİV-i rişxənd etməsi üçün şərait yaradıb. ABŞ prezidenti Donald Tramp mediaya qarşı kampaniyaya davam edir. O, Pensilvaniya ştatının Nyutaun şəhərində təşkil etdiyi mitinqdə medianı saxta və iyrənc xəbərlərlə təqsirləndirərək və mitinq iştirakçılarına KİV-i rişxənd etməsi üçün şərait yaradıb.

Tramp ABŞ jurnalistlərini saxta və yalançı adlandırdı

ABŞ prezidenti Donald Tramp mediaya qarşı kampaniyaya davam edir. O, Pensilvaniya ştatının Nyutaun şəhərində təşkil etdiyi mitinqdə medianı saxta və iyrənc xəbərlərlə təqsirləndirərək və mitinq iştirakçılarına KİV-i rişxənd etməsi üçün şərait yaradıb.

Aznews.az “Habertürk”ə istinadən xəbər verir ki, ABŞ prezidenti jurnalistləri həqiqi siyasi rəqibləri olaraq qiymətləndirib. Mitinqdə Tramp tərəfdarları “iyrənc, yalançı media!” şüarını səsləndiriblər.

“Hanı mətbuat azadlığı? Hanı düzgün xəbərlər?” – deyə, media nümayəndələrinə üz tutmuş D.Tramp onları xəbər yox, sadəcə, yalan hekayələr və məlumatlar hazırladıqları ilə bağlı ittiham edib. O, medianın Şimali Koreya lideri Kim Çen Inla Sinqapurdakı görüşü zamanı nələr əldə etdiklərini yazmadıqları, Rusiya prezidenti Vladimir Putinlə Helsinki görüşünü yalan və yanlış xəbərlərlə çatdırdıqlarını bildirib.

Nurlan AĞA
Aznews.az