ABŞ-da birmühərrikli təyyarə qəzaya uğrayıb: 6 ölü

ABŞ-ın Oklahoma ştatında "EA400" birmühərrikli təyyarə qəzaya uğrayıb.

Trend-in məlumatına görə, təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan 6 nəfər həlak olub. Key dairəsinin və Ponka-Siti yaşayış məntəqəsinin polisləri ölüm hallarını kimliklər məlum olmadan təsdiqləmirlər.