İndoneziyada zəlzələ nəticəsində 16 nəfər ölüb - Yenilənib

İndoneziyanın Lombok adasında 7 maqnituda gücündə baş verən zəlzələ nəticəsində 16 nəfər həyatını itirib.

"Report" "Dpa" nəşrinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Mataram şəhərindən şimal-şərqdə yerləşib.

Zəlzələnin ocağı yerin 10 km dərinliyində qeydə alınıb. Sunami təhlükəsi elan olunub.

***

19:21

İndoneziyada zəlzələ olub

İndoneziyanın Lombok adasında 6,6 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, yeraltı təkanların ocağı Mataram şəhərindən 49 kilometr şimal-şərqdə yerləşib.