Antepdə FETÖ (Fetullahçı Terör Örgütü) istiqamətində həyata keçirilmiş əməliyyatda qruplaşmanın Urfa qolunun “pul kassası” olan şübhəli saxlanılıb. Antepdə FETÖ (Fetullahçı Terör Örgütü) istiqamətində həyata keçirilmiş əməliyyatda qruplaşmanın Urfa qolunun “pul kassası” olan şübhəli saxlanılıb.

FETÖ-nün daha bir “kassası” ələ keçirildi

Antepdə FETÖ (Fetullahçı Terör Örgütü) istiqamətində həyata keçirilmiş əməliyyatda qruplaşmanın Urfa qolunun “pul kassası” olan şübhəli saxlanılıb.

AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, bölgə jandarm qüvvələri tərəfindən Oğuzeli bölgəsinə aid Qovunluq məhəlləsində aşkar edilmiş ünvana basqın edilib. Əməliyyatda Şanlıurfa FETÖ məsələsi ilə bağlı axtarılan və qruplaşmanın “pul kassası” olduğu irəli sürülən C.Y. saxlanılıb.

Qəsdən adam yaralamaqla da təqsirləndirilmiş C.Y. bölgə komandirliyindən sonra Urfa Təhlükəsizlik Müdirliyinə göndəriləcək.

Nurlan AĞA
AzNews.az