“O, CNN-in ən axmaq əməkdaşıdır” - Tramp

ABŞ-ın məşhur futbolçusu LeBron Ceyms CNN kanalına verdiyi müsahibədə prezident Donald Trampın qütbləşmə siyasəti apardığını və irqçiliyi təbliğ etdiyini bildirib.

Prezident isə Twitter hesabında bu ittihama qarşılıq verib. O, qeyd edib ki, həmin verilişin aparıcısı CNN-in ən axmaq işçisidir. Tramp “LeBronu ağıllı göstərmək hər adamın eləyə biləcəyi bir iş deyil” – deyə, vurğulayıb.

Aznews.az “A Haber”ə istinadən bildirir ki, Trampın açıqlamasından sonra həyat yoldaşı Melaniya katibi vasitəsilə LeBronun Ohiodakı məktəblə bağlı layihələrini göstərərək yaxşı işlər görmək istədiyini qeyd edib.

Melaniya Trampın katibi CNN-ə verdiyi açıqlamada ABŞ-ın birinci xanımının həmin məktəbi ziyarət edə biləcəyini də deyib. Bu isə Donald Trampla Melaniya Tramp arasında yeni qarşıdurmanın yaranması kimi dəyərləndirilib.

Nurlan AĞA
AzNews.az