İtaliyada dəhşət - Benzin maşını hava limanının yanında partladı (Yenilənib +Video)

İtaliyanın Boloniyada şəhərində baş vermiş qəza nəticəsində xəsarət alanların sayı 84 nəfərə çatıb.

AzNews.az xəbər verir ki, bu barədə yerli mətbuat xəbər yayıb.

2 nəfərin isə öldüyü bildirilir.

Qəzanın görüntülərini təqdim edirik:

***

AzNews.az-ın məlumatına görə, baş vermiş partlayış nəticəsində 67 nəfər xəsarət alıb. Ölənlər haqda hələ ki, dəqiq məlumat verilmir.

Qeyd edək ki, hadisə Bolonya aeroportunun yaxınlığında baş verib. Partlayışın aeroportun işinə təsir etmədiyi bildirilir.

***

17:37

İtaliyanın Bolonya şəhərində yanacaq daşıyan maşının qəzaya uğraması nəticəsində baş verən partlayışda xəsarət alanların sayı 67-ə çatıb.

AzNews.az “Daily Mail” qəzetinə istinadən bildirir ki, sosial mediada paylaşılmış görüntülərdə ölkənin şimalındakı Boloniya Hava Limanından tüstünün yüksəldiyi məlum olub. Polisin verdiyi açıqlamaya görə, partlayış hava limanının yanındakı avtomobil yolunda baş vermiş qəzadan qaynaqlanır.

Hadisənin şahidləri bildiriblər ki, benzin daşıyan maşın qəzaya uğrayıb və daha sonra alışaraq partlayıb.

Partlayışın təsiri nəticəsində avtomobil yolundakı digər maşınlarda da kiçik partlayışlar meydana gəlib.

Qəzanın baş verdiyi yol hər iki tərəfdən bağlanıb. Yaralıların olduğu qeyd edilən bölgəyə təcili yardım maşınları gəlib.

Nurlan AĞA
AzNews.az

image description