Belarusda bir neçə özəl qeyri-dövlət KİV-də çalışan jurnalistlər həbs edilib. Belarusda bir neçə özəl qeyri-dövlət KİV-də çalışan jurnalistlər həbs edilib.

Belarusda jurnalistlər qandallandı

Belarusda bir neçə özəl qeyri-dövlət KİV-də çalışan jurnalistlər həbs edilib.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, hüquq mühafizə orqanları jurnalistləri “BelTA” agentliyinə məxsus informasiyanı qanunsuz əldə edilməsində ittiham edir.

Həbs edilənlər “Belarus elmi”, “Belaplan” QSC, “TutBay Media” MMC-nin işçiləridir.

“Bu qeyri-qanuni fəaliyyətə “Belarus elmi”, “Belaplan” QSC, “TutBay Media” MMC nəşriyyatlarını vəzifəli şəxsləri cəlb olunub. Marina Zalatova, Anna Kaltıqina və Tatyana Korovenkovo bu gün cinayət törətməkdə şübhəli bilinərək saxlanılıb” – Belarus İstintaq Komitəsinin çərşənbə axşamı verilən bəynatında bildirilib.

Qeyd edək ki, Avropa Birliyindən məsələ ilə bağlı açıqlama verilməyib.

AzNews.az