- Köhnə - Dünya
- 7 Avqust 2018 13:50
- 3 447
Netanyahudan Avropa ölkələrinə çağırış: “ABŞ kimi davranın”
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsini dəstəkləyib və Avropa ölkələrini də ABŞ kimi davranmağa çağırıb.
Trend-in məlumatına görə, o deyib: "Mən ABŞ Prezidenti Donald Tramp və ABŞ administrasiyasının İrana qarşı sanksiyalarla bağlı mühüm qərarını dəstəkləyirəm. Bu, İsrail, ABŞ, region və bütün dünya üçün mühüm addımdır".
İsrailli nazir əlavə edib: "Mən Avropa ölkələrini də bu təşəbbüsə qoşulmağa çağırıram. ABŞ necə hərəkət edirsə, Avropa da özünü elə aparmalıdır".
AzNews.az