Rusiya İrana dəstək verdi, İran Rusiyanı qınadı

ABŞ-ın İrana yeni sanksiyalar tətbiq etməsi dünyada böyük rezonans doğurub. Bir neçə dəqiqə əvvəl Tehranın müttəfiqi Rusiya sanksiyaları qınayan açıqlama verib.

AzNews.az xarici mətbuata istinadən yazır ki, Rusiya Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada “Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qərarlarını gözardı edən bütün birtərəfli sanksiyaları qınayırıq. ABŞ-ın İrana qarşı sanksiyalarının yenidən qüvvəyə minməsi ilə bağlı xəyal qırıqlığı yaşadıq” – deyə, bildirilib.

Bunun əksinə olaraq, bu gün İran Moskva hökumətini qınayan açıqlama verib. İranın OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili Rusiyanı ABŞ-ın embarqosuna dəstək olması ilə bağlı təqsirləndirib. O, “Rusiya və Səudiyyə Ərəbistanı gündəlik neft ixracatında üstünlük əldə edərək ABŞ-ın İrana qarşı embarqosuna dəstək olur” – deyə, vurğulayıb.

Nurlan AĞA
AzNews.az