Yeni məruzə hazırlanır

İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizmin fəaliyyətinə dair yeni məruzə hazırlanır.

Bu barədə trend-ə Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupundan (MPQ) bildiriblər.

Məruzə 2011-2012-ci illəri əhatə edəcək. MPQ-dən verilən məlumata görə, məruzədə əvvəlki illərlə müqayisədə Azərbaycanda işgəncələr əleyhinə fəaliyyətdə irəliləyişin olduğu əksini tapıb. Bunu yeni müəssisələrin açılması, qanunların liberallaşması, yeni standartların uyğunlaşdırılması, Avropa İşgəncələr Komitəsinin rəhbərlərinin Azərbaycana səfəri zamanı müsbət rəyləri sübut edir.

Eyni zamanda, əvvəlki başçəkmələrlə indikilərin müqayisəsi zamanı bir çox müəssisələrdə irəliləyişlərin olduğu müəyyən edilib. Verilən bəzi tövsiyələr və qanunvericilik baxımından edilən bir çox təkliflərin bəziləri müsbət həllini tapıb. Bununla yanaşı, həllini gözləyən məsələlər də var.

Qeyd edək ki, İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizmin fəaliyyətinə dair hazırlanmış ilk və son belə məruzə 2009-2010-cu illəri əhatə edib.

AzNews.az