- Köhnə - Dünya
- 7 Avqust 2018 22:22
- 8 689
ABŞ-a meteroit düşdü? - NASA-dan açıqlama
ABŞ-da Qrinlənd adlanan ərazidə yerləşən hərbi bir baza yaxınlığına meteorit düşüb.
AzNews.az-ın məlumatına görə, NASA bu barədə xəbər yayıb.
Meteoritin 2.1 kilotonluq gücə sahib olduğu deyilir.
NASA-nın məlumatına əsasən, meteorit saniyədə 24 km sürətlə hərəkət edib. Toqquşma nəticəsində ölən və yaralan barədə məlumat verilmir. ABŞ Elm Adamları Federasiyasının tərkibindəki bir qurumun direktoru Hans Kristensen məsələ ilə bağlı rəsmi açıqlamanın verilməməsindən narahat olduğunu deyib.
Məlum olub ki, meteoritin düşdüyü bazada çox sayda ballistik raket və silah var.