- Köhnə - Dünya
- 7 Avqust 2018 23:31
- 5 013
“Taksi”-nin ulduzu döyüldü - Moskvada
“Taksi” filminin ulduzu, fransalı aktyor Sami Naceri Moskva klublarından birində baş verən dava zamanı zərbə alıb.
AzNews.az xəbər verir ki, Moskvada polis fransalı ulduzu döyməkdə şübhəli bilinən üç nəfəri saxlayıb.
Münaqişədən sonra o, həkimə müraciət etməli olub.
Məşhur aktyor xəstəxanaya yerləşdirilib və gözündən əməliyyat olunub.
Onun müalicəsi Rusiyanın Səhiyyə nazirliyinin nəzarətindədir.
Qeyd edək ki, Sami Naceri karyerası ərzində bir sıra filmlərdə yer alıb. Lakin daha çox onu, Marsel küçələrində çəkilmiş "Taksi" filmində oynadığı rol dünyaya tanıda bilib.