- Köhnə - Dünya
- 8 Avqust 2018 11:40
- 2 579
Tehranda olimpiya kompleksi partladı - Ölənlər var
İranın paytaxtı Tehranda yerləşən "Enqelab" İdman Kompleksində partlayış baş verib.
"Report" TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində qazanxanada olan 3 işçi ölüb.
İnsident İran Milli Olimpiya Akademiyasının binasında baş verib.
Partlayış binanın dağılmasına və ya yanğına səbəb olmayıb.
Hadisənin başvermə səbəbləri aydınlaşdırılır.
AzNews.az