- Köhnə - Dünya
- 8 Avqust 2018 15:41
- 4 054
Türkiyə və ABŞ arasında kritik görüşmə
Türkiyədə 15 iyul hərbi çevrilişi cəhdi və PKK ilə əlaqəsi olduğuna görə ev həbsinə məhkum olunmuş rahib Bransonun dərhal azad olunmasını tələb etmiş ABŞ hökuməti Türkiyəyə sanksiyalar tətbiq edəcəyini bildirmişdi.
Bu durumla əlaqədar Türkiyədən də ABŞ-a eyni şəkildə cavab veriləcəyi ilə bağlı cavab gəlmişdi.
Konfliktin həlli ilə bağlı ilk təşəbbüs ötən həftənin cümə günündə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ xarici işlər naziri Mayk Pompeo ilə Sinqapurda gerçəkləşmiş, ortaqlıqla bağlı razılıq əldə olunmuşdu.
Həmçinin rəsmi Ankara dünən Vaşinqtona diplomatik heyət göndərəcəyini də açıqlayıb. Heyətin tərkibində Türkiyə xarici işlər nazirinin müavini başda olmaqla Xəzinə və Maliyyə, Daxili İşlər və Ədliyyə nazirliyindən nümayəndələr olacaq.
AzNews.az “Habertürk”ə istinadən bildirir ki, heyətin ABŞ-dakı görüşü bu gün baş tutacaq. Lakin görüşlərin davamlı olacağı, heyətin Türkiyəyə nə vaxt qayıdacağı və ABŞ tərəfindən bu görüşdə kimlərin iştirak edəcəyi ilə bağlı məlumat verilməyib.
Nurlan AĞA
AzNews.az