- Köhnə - Dünya
- 8 Avqust 2018 22:51
- 2 962
Bu Amerika ölkəsində yeni prezidentin adı təsdiqləndi - Foto
Meksikada prezidenti seçkilərində Andres Manuel Lopes Obradorun qalib gəldiyini rəsmi olaraq təsdiqlənib.
AzNews.az-ın məlumatına görə, Seçki Məhkəməsi bildirib ki, ölkədə keçirilən seçkilər etibarlı sayılır və Obrador qalib gəlib.

Obrador 1 dekabrdan etibarən vəzifəsinin icra etməlidir.
Xatırladaq ki, Obrador sol yönümlü partiyadan öz namizədliyini irəli sürmüşdü. Seçkilərdə seçici fəallığı 63 faiz təşkil edib. Onlardan 53 faizi məhz Obradora səs verib.