Türkiyə üçüncü AES-i tikir - Çinlə birgə

Türkiyənin Avropa hissəsində - Frakiyada tikilməsi planlaşdırılan üçüncü atom elektrik stansiyası layihəsi Çinlə birgə reallaşdırılacaq.

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz deyib.

O bildirib ki, hələlik AES-in tikiləcəyi yer müəyyən edilməyib:

“Türkiyədə ən çox elektrik enerjisi İstanbul və Mərmərə regionunda istehlak olunur. Ona görə də AES-in tikintisi üçün ən optimal yer olaraq Frakiyanı görürük. Mühəndis işlərindən sonra dəqiq yer müəyyənləşdiriləcək”.

Nazir qeyd edib ki, Çin AES tikintisini ən fəal həyata keçirən ölkələrdən biridir:

“Bundan başqa, onlar texnologiyanın təhvil verilməsi məsələsində açıqdırlar. Ona görə də üçüncü AES-in Çinlə birgə tikəcəyik”.

AzNews.az