ABŞ xarici işlər nazirinin mətbuat katibi Hezer Nauert ingilis vətəndaşı olan keçmiş rus agent Sergey Skripal və qızı Yuliya Skripala “Noviçok” tipli sinir sisteminə təsir edən qazla sui-qəsd olunması ilə bağlı danışıb. ABŞ xarici işlər nazirinin mətbuat katibi Hezer Nauert ingilis vətəndaşı olan keçmiş rus agent Sergey Skripal və qızı Yuliya Skripala “Noviçok” tipli sinir sisteminə təsir edən qazla sui-qəsd olunması ilə bağlı danışıb.

ABŞ Rusiyaya da sanksiya tətbiq edəcək

ABŞ xarici işlər nazirinin mətbuat katibi Hezer Nauert ingilis vətəndaşı olan keçmiş rus agent Sergey Skripal və qızı Yuliya Skripala “Noviçok” tipli sinir sisteminə təsir edən qazla sui-qəsd olunması ilə bağlı danışıb.

O, ABŞ hökumətinin Rusiya Federasiyasının 1991-ci il “Kimyəvi və Bioloji Silahların İdarə Olunması və Aradan Qaldırılması” Qanunu çərçivəsində beynəlxalq hüququn normalarını pozduğunu aşkar etdiyini qeyd edib.

AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, ABŞ Konqresinə zəhərlənmə ilə bağlı məlumat verilib. Hadisə ilə bağlı sanksiyalar isə avqustun 22-də “Resmi gazete”də yayımlanacaq.

Qeyd edək ki, ABŞ-ın bu addımı İngiltərə hökumətinin də razılığına səbəb olub.

Nurlan AĞA
AzNews.az