Türkiyədə FETÖ-çü müəllimlərlə bağlı qərar

Ankara Cümhuriyyət Baş İstintaq İdarəsi fəaliyyəti dayandırılmış FETÖ əlaqəli məktəblərdə işləyən 12 müəllimin saxlanması ilə bağlı qərar çıxarıb.

AzNews.az “Milliyet”ə istinadən bildirir ki, qruplaşma ilə əlaqəsi aşkar olunmuş şübhəli şəxslərlə bağlı proseslər Ankara Əmniyyət Müdirliyində davam etdirilir.

Qeyd edək ki, şübhəlilərdən 11-nin qruplaşmanın kommunikasiya tətbiqi olan ByLock-dan istifadə etdiyi bildirilib. Ankara Əmniyyət Müdirliyi tərəfindən indiyə kimi dörd nəfər saxlanılıb.

Nurlan AĞA
AzNews.az