- Köhnə - Dünya
- 9 Avqust 2018 14:27
- 2 860
Hindistanda dəhşət - 25 nəfər torpağın altında qaldı
Hindistanın cənub-qərbindəki Kerala ştatında torpaq sürüşmələri nəticəsində 25 nəfər həlak olub.
Trend-in məlumatına görə, torpaq sürüşmələrinə səbəb iki gün aramsız yağan yağıntılar səbəb olub.
Hava şəraitinin kəskinləşməsi ilə əlaqədar Koçin şəhərinin hava limanı da bağlanıb. Sinoptiklər şiddətli yağışın daha bir neçə gün davam edəcəyini proqnozlaşdırır.
Sürüşmələr nəticəsində qurban sayının artacağı istisna olunmur.
AzNews.az