Bu yay 1000-dən çox rus suda boğulub

Rusiyada çimərlik mövsümü başlayandan 1000-dən artıq adam suda boğulub.

Trend-in məlumatına görə, bu rəqəmi Rusiya Fövqəladə Hallar Xidmətinin mətbuat katibliyi açıqlayıb.

Məlumata görə, batanlardan 183-ü azyaşlı olub.

Qeyd olunur ki, batma hadisələrinin əksəriyyəti çimərlik üçün nəzərdə tutulmamış qanunsuz ərazilərdə qeydə alınıb

Xidmət bu statistik rəqəmi və durumu təhlükəli hesab edərək tədbirlərin gücləndirilməsini vacib sayır.

AzNews.az