Gürcüstanın keçmiş prezidenti və Odessanın eks-qubernatoru Mixeil Saakaşvili Ermənistan baş naziri Paşinyana məsləhətlər verib. Gürcüstanın keçmiş prezidenti və Odessanın eks-qubernatoru Mixeil Saakaşvili Ermənistan baş naziri Paşinyana məsləhətlər verib.

Saakaşvilinin Paşinyan haqda dedikləri qalmaqal yaratdı

Gürcüstanın keçmiş prezidenti və Odessanın eks-qubernatoru Mixeil Saakaşvili Ermənistan baş naziri Paşinyana məsləhətlər verib.

Saakaşvilinin bu məsləhətləri Ermənistan mətbuatında qalmaqala və geniş müzakirələrə səbəb olub

O, “Exo Moskva” radiosunda çıxışı zamanı Putinin Ermənistanı Paşinyana elə-belə verməyəcəyi və payızda ona qarşı mitinqlər təşkil ediləcəyi xəbərdarlığını edib.

Saakaşvili Ermənistan baş nazirinə bunun olmaması üçün ilk olaraq sistemi dəyişdirməli olduğunu bildirib.

Saakaşvilinin sözlərinə görə Paşinyanın əmrləri hələ də hüquq-mühafizə orqanlarının köhnə rəhbərləri tərəfindən icra olunur. Və onların baş nazirə qarşı üsyan etməyəcəyinə heç kim zəmanət verə bilməz.

“Bu gün onun bütün əmrləri hüquq-mühafizə orqanlarının köhnə başçıları tərəfindən həyata keçirilir. Bəs kim zəmanət verir ki, onlar ona qarşı üsyan etməyəcəklər? Hələ heç bir şey itirilməyib. Hər şey qüvvədə qalır. Paşinyan Hüquq mühafizə sistemlərini dəyişdirməlidir” – Saakaşvili bildirib.

O öz bəyanatında Rusiya prezidenti Vladimir Putinin Paşinyandan qurtulmaq haqda planlarından da danışıb.

Eks-prezidentin sözlərinə görə Putin payızda Paşinyanın qarşısına oliqarxlardan ibarət bir ordu yığacaq və mitinqlər təşkil edəcək.

“Mən tamamilə əminəm ki, Rusiya prezidenti yaxın zamanlarda Paşinyanı baş nazir postundan devirməyə hazırlaşır” – Saakaşvili sonda bəyan edib.

Modern.az xəbr verir ki, Saakaşvilinin bəyanatları Ermənistan mətbuatında qalmaqala səbəb olub. Mətbuat demək olar ki iki cəbhəyə ayrılıb.

Bir cəbhə bu bəyanatlara ciddi yanaşmağı və ehtiyat tədbirləri görməyi məsləhət verir.

Digər cəbhə isə Saakaşvilinin bu bəyanatlarını qınayıb və onu Rusiya-Ermənistan münasibətlərinə zərbə vurmaqda ittiham edib.

Onlar eks-prezidentin Putinlə keçmiş haq-hesablarına diqqət çəkirlər və onu iki ölkə arasındakı münasibətləri anlamadığı halda qeyri-obyektiv fikir yürütməkdə günahlandırıblar.

Həmçinin bu qrup bildirir ki, Rusiya Ermənistandakı inqilaba qarşı olsaydı, onun elə “beşiyindəcə” boğardı.

“O, (Putin. red) Ukraynanın yarısını ələ keçirib. Belədirsə, Ermənistandakı məxməri inqilabın “beşiyindəcə” boğulması” məsələsində niyə sərtlik göstərmədi?” – 1.in.am analitik portalı qeyd edir.

İkinci cəbhədəki bəzi analitik yazılarda Sakaşvilinin hətta ən səmimi səbəblərdən olsa belə bu addımı ilə Ermənistandakı məxməri inqilaba risk yaratdığını vurğulayıblar.

Bir sözlə, Saakaşvili məsələyə şəxsi mənafeyindən yanaşaraq inqilabla yanaşı həssas vəziyyətdə olan Ermənistan-Rusiya münasibətlərini risk altına atmaqda ittiham olunur.

AzNews.az