ABŞ Türkiyə ilə anlaşa bilmədi

ABŞ və Türkiyə arasındakı problemlərin həlli ilə bağlı Vaşinqtona göndərilmiş heyət görüşlər keçirib. Xarici İşlər, Ədliyyə, Xəzinə və Maliyyə nazirliklərinin nümayəndələrindən ibarət heyətin ilk görüşü ABŞ xarici işlər nazirinin müavini Con Sallivanın rəhbərlik etdiyi amerikan heyətlə keçirilib.

AzNews.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, görüşlərdə başlıca olaraq rahib Branson və ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq etməsi məsələləri gündəmə çıxarılıb.

ABŞ və dünyanın aparıcı qəzetlərindən olan “The Wall Street Journal” isə Türkiyə tərəfinin rahibə azadlıq verməsi yönündə razılığa gəlmədiyi və ABŞ-ın Türkiyəyə yeni sanksiyalarına meydan yarandığını yazıb. Qəzetə açıqlama vermiş Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal nə ABŞ XİN-dəki, nə də ABŞ Xəzinə Nazirliyindəki müzakirələrdə konfliktin həll olunması ilə bağlı ciddi razılıq əldə olunmadığını bildirib.

Nurlan AĞA
AzNews.az