- Köhnə - Dünya
- 9 Avqust 2018 17:54
- 2 200
Lavrov Ankaraya gedir - Mühüm gəlişmə
Rusiya xarici işlər naziri Sergey Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə 13-14 avqust tarixlərində Ankaraya səfər edəcəyi bildirib.
AzNews.az “Sputniknews”a istinadən bildirir ki, bunu Rusiya xarici işlər nazirinin mətbuat katibi Mariya Zaxarova həftəlik olaraq təşkil etdiyi mətbuat konfransında açıqlayıb.
O, “Lavrov Türkiyə xarici işlər nazirinin fevraldakı dəvətini əsas tutaraq 13-14 avqustda Türkiyəyə səfər edəcək. Rusiyalı nazir Türkiyənin səfirləri və beynəlxalq qurumlardakı daimi təmsilçilərinin də iştirak edəcəyi konfransa qatılacaq və çıxış edəcək” – deyə, vurğulayıb.
Nurlan AĞA
AzNews.az