- Köhnə - Dünya
- 10 Avqust 2018 10:30
- 2 847
Türkiyədən şəhid xəbəri gəldi
PKK terrorçuları İraqın şimalından Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunda yerləşən Güven dağı ərazisindəki hərbi məntəqəni atəşə tutub.
AZƏRTAC xəbər verir ki, nəticədə Türkiyə silahlı qüvvələrinin 6 hərbçisi yaralanıb. Onlar helikopterlə Hakkariyə gətirilib. Əsgərlərdən biri şəhid olub.
Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.
AzNews.az