AKP-li millət vəkili: “Dollar çılğın bir şənlikdədir”

AK Partiyanın (Adalet ve Kalkınma Partisi) parlament qrupunun sədri Naci Bostancı dolların 6,25 lirəyə çıxması ilə bağlı açıqlama verib. O, bunu Twitter mikrobloqundakı hesabından yazıb.

AzNews.az “Sputniknews”a istinadən xəbər verir ki, qrup sədri Türkiyənin gücləndikcə önündəki yolların da ağırlaşdığını bildirib. “Bu millət bu taleyin öhdəsindən gələcək” – deyə, vurğulamış Bostancı ictimai rəydəki narazılığın əsas səbəbinin daxili və xarici manipulyasiyalar olduğunu qeyd edib. O, bildirib ki, millət, həqiqətən, bu manipulyasiyaların öhdəsindən gəlməyə çalışarsa, manipulyator da öz cəhdi ilə üz-üzə qalacaq.

N.Bostancı Türkiyənin bir anlıq və kimin qazanıb-qazanmayacağı bilinməyən vəziyyətində bu duruma yox, türk lirəsinin qazandırma gücünə inanmaq gərəkdiyini deyib. O, “hazırda dollar çılğın bir şənlikdə özündən gedəcək haldadır” – deyə, vurğulayıb.

Nurlan AĞA
Aznews.az