13 nəfər torpağın altında qaldı - 7-si öldü

Pakistanın qərbində Bəlucistan vilayətində kömür mədənlərindən biri uçub.

AzNews.az-ın Modern.az-a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ilkin məlumatlara görə 7 nəfər həyatını itirib.

Məlumatlara görə hadisə zamanı mədəndə 13 mədənçi olub.

Pakistanın Mədənlər üzrə baş inspektoru İftixar Əhməd 7 nəfərin ölümünü təsdiq edib.

Hazırda qalan 6 nəfərin xilası üzrə axtarışlarının davam etdirildiyi bildirilir.

Qeyd edək ki, hələ ki, mədənin uçma səbəbləri bəlli deyil. Səlahiyyətlilər xilasetmə tədbirləri ilə yanaşı hadisənin baş vermə səbəblərini də araşdırılar.

AzNews.az