Martın 27-də qlobal şəbəkə bütün dünyada güclü kiberhücum nəticəsində yavaş sürətlə işləyib Martın 27-də qlobal şəbəkə bütün dünyada güclü kiberhücum nəticəsində yavaş sürətlə işləyib

Bütün dünyada internetin sürəti zəifləyib

Martın 27-də qlobal şəbəkə bütün dünyada güclü kiberhücum nəticəsində yavaş sürətlə işləyib




Bu barədə APA VVS-yə istinadən məlumat verir.

Hücumun səbəbi London və Cenevrədə yerləşən Spamhaus və Hollandiyanın Cuberbunker qrupları arasında münaqişə olub. Birinci qrup spamla mübarizə sahəsində ixtisaslaşır. İkinci qrup isə müxtəlif saytlarda informasiya yerləşdirilməsi ilə məşğul olur.

Cyberbunker öz rəqiblərini səlahiyyətlərini aşmaqda günahlandırıb. Onların fikrincə, internetdə nəyin dərc olunub-olunmamasına Spamhaus qərar verə bilməz. Öz növbəsində Spamhaus Cyberbunker-i Rusiya və Şərqi Avropadan olan cinayətkar qruplaşmalarla əməkdaşlıqda günahlandırır. Spamhaus-un fikrincə, martın 27-də həyata keçirilən kiberhücum məhz Rusiya və Şərqi Avropadan təşkil olunub.

Hakerlərin hücumunun istintaqı ilə Böyük Britaniyanın informasiya təhlükəsizliyi sahəsində ixtisaslaşan polis bölmələri məşğul olacaqlar.