İran şahının nüvə arzusu

İranın nüvə proqramı layihəsinin keçmiş rəhbəri Qərbin İrana tətbiq etdiyi sanksiyalardan danışdı



"Niyə Amerika Birləşmiş Ştatları Hindistan, İsrail, Pakistana sanksiya tətbiq etmir?"-bunu Əkbər Etemad BBC kanalına müsahibəsində bildirib.

Məhəmməd Rza Pəhləvi şahın dövründə nüvə proqramı layihəsi rəhbəri olan Əkbər Etemad sözlərinə görə, İran şahı hələ o dövrdə nüvə yaratmaq arzusunda olub. "O mənə dəfələrlə " İran regionda kifayət qədər güclü dövlətdir. Əgər nə vaxtsa bizim gücümüz regionda azalarsa, biz o zaman nüvə proqramı layihəsini gercəkləşdirərik" deyirdi",-deyə Əhmədi bildirib.

Ancaq həmin dövrdə Məhəmməd Rza Pəhləvinin arzusu ürəyində qalıb. Hakimiyyət dəyişikliyi onun bu planın reallaşmasına əngəl yaratdı.

O həmçinin hazırda Qərb dövlətlərinin İrana tətbiq etdiyi sanksiyalara da münasibət bildirib. Əkbər Etemad həmçinin Qərbə müraciət etməyi də unutmayıb. "Maraqlıdır, niyə Amerika digər nüvə proqramı layihəsi hazırlayan dövlətlərə qarşı deyil, məhz İrana qarşı sanskiya paketi hazırlayırlar?"

Aynur Hüseynova
Telman
AzNews.az