Bu il Ukrayna sularında 900-ə yaxın insan boğulub

Bu ilin əvvəlindən Ukrayna sularında 874 nəfər boğularaq ölüb, onlardan 88 nəfəri uşaqdır.

Bu barədə AZƏRTAC bu ölkənin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat verir.

Hesabat dövründə suda boğulan 593 nəfər, o cümlədən 110 uşaq xilas edilib.

Son bir həftədə 81 nəfər suda boğulub.

Dövlət Xidməti əhalini istirahət edərkən təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

AzNews.az