- Köhnə - Dünya
- 21 Avqust 2018 11:47
- 2 505
Ermənistan Dəmir Yollarını Fransaya verir - Politoloq

Ermənistandakı Rusiya şirkətləri bu ölkənin qanunları əsasında işləyir.
Demək olar ki, qanunları pozmurlar. “Cənubi Qafqaz Dəmir Yolları” ( CQDY) şirkəti Ermənistanın dəmiryollarının konsession idarəçisi olan Rusiya kompaniyasıdır. Qanunlara daha ciddi riayət edən strukturlardandır. Lakin bu “CQDY”-nı N.Paşinyanın təzyiqlərindən qoruya bilmədi. Qəflətən yoxlamalar başladı.“CQDY”-nın baş direktoru S.Valko N.Paşinyanla görüşsə də yoxlamaları dayandırmadı. V.Putinlə telefonla danışması da N.Paşinyanda “CQDY”-dakı yoxlamaları genişdirməyə stimul yaratdı.
Yoxlamalardan sonra açıqlanan rəqəmlər maliyyə pozuntularının çox cüzi olduğunu göstərir. Görünür, özləri süni sürətdə bu rəqəmi düzəldə biliblər.“CQDY”-dakı yoxlamaların motivasiyası bəllidir: Vaxtilə Ermənistan Dəmir Yollarını Fransa konsession idarəçiliyə götürmək istəyirdi. Fransa indi də bu məsələdən ötrü rəsmi Yerevana iradlarını bildirir. N.Paşinyan oktyabrda Yerevanda keçiriləcək Frankofoniya sammiti ərəfəsində Fransa prezidenti E.Makronun Ermənistana səfərinə hədiyyə hazırlayır. Seçdiyi metod orijinal deyil. Prezident olarkən R.Koçaryan vaxtilə yoxlamalar vasitəsilə “Sibir” (RF)aviakompaniyasını müflisləşdirdi, mal-mülkünü əlindən aldı, ölkədənqovdu. Nəticədə, “Armavia” kompaniyası yarandı və o bunu uşaqlıq dostu, yerlisi M.Baqdasarova bağışladı.
N.Paşinyan Rusiyanı aldada biləcəyinə tam əmindir. Onun düşüncəsinəgörə, N.Paşinyandan da qat-qat zəif ermənilər Rusiyanın yüksək çinli rəsmilərini barmaqlarına dolayıblar.
Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq