- Köhnə - Dünya
- 27 Avqust 2018 23:51
- 3 173
ABŞ-da Azadlıq heykəlindən insanları uzaqlaşdırdılar

ABŞ-ın Nyu-York şəhərinin Liberti adasında propan balonlarının yanması səbəbindən 3,4 min nəfərə yaxın şəxs təxliyyə olunub.
“Report” xəbər verir ki, yanğın xidmətinin məlumatına görə, yanğın inşaat işçilərinin səhvindən ola bilər.
Onlardan birinin xəsarət aldığı bildirilir.
Hazırda yanğın söndürülüb və turistlər yenidən Nyu-Yorkun həmin adada yerləşən əsas görməli yerini ziyarət edə bilərlər.
Yanğısöndürənlərin sözlərinə görə, vəziyyət çox təhlükəli olub.
AzNews.az