Rusiyanın qabaqcıl müxaliflərindən olan, Korrupsiyaya Qarşı Mübarizə Fondunun təsisçisi Aleksey Navalnıya 30 gün həbs cəzası verilib. Rusiyanın qabaqcıl müxaliflərindən olan, Korrupsiyaya Qarşı Mübarizə Fondunun təsisçisi Aleksey Navalnıya 30 gün həbs cəzası verilib.

Xalqı küçələrə çağıran Navalnıya 30 günlük cəza verildi

Rusiyanın qabaqcıl müxaliflərindən olan, Korrupsiyaya Qarşı Mübarizə Fondunun təsisçisi Aleksey Navalnıya 30 gün həbs cəzası verilib.

AzNews.az “Habertürk”ə istinadən bildirir ki, Moskvadakı bölgə məhkəməsinin Navalnıya haqqında verdiyi bu qərarın əsası olaraq onun yanvarın 28-də mitinqdə iştirak etməsi göstərilib.

Qeyd edək ki, Navalni avqustun 25-də Moskvada saxlanmışdı. O, Rusiya hökumətinin təqaüd yaşını çoxaltması ilə bağlı protesto üçün sentyabrın 9-da xalqı küçələrə axışmağa çağırmışdı.

Nurlan AĞA
Aznews.az