Dəniz tısbağası ovuna çıxmış fransız və ingilis balıqçılar La-Manş dənizində qırğın qoparıblar. 40 fransız gəmisi ilə 5 ingilis gəmisi arasında ov üstündə dava düşüb. Dəniz tısbağası ovuna çıxmış fransız və ingilis balıqçılar La-Manş dənizində qırğın qoparıblar. 40 fransız gəmisi ilə 5 ingilis gəmisi arasında ov üstündə dava düşüb.

Balıqçıların savaşı: bir-birlərinin üstünə gəmi sürdülər – Qeyri-adi davanın videosu

Dəniz tısbağası ovuna çıxmış fransız və ingilis balıqçılar La-Manş dənizində qırğın qoparıblar. 40 fransız gəmisi ilə 5 ingilis gəmisi arasında ov üstündə dava düşüb.

AzNews.az “Euronews”a istinadən bildirir ki, dəniz tısbağası ovlamaq üçün La-Manş dənizinə üz tutanlar ingilislər tərəfindən təzyiqlə qarşılanıblar. Fransız balıqçıları onların qarşısını almaq üçün qayıq döyüşünə çıxıblar. Nəticədə ingilis balıqçılarının qayıqlarına ciddi ziyan dəyib.

İngiltərədən olan balıqçılar iddia ediblər ki, fransızlar onları mühasirəyə alaraq daş və metal alətlərlə hücum çəkiblər.

Qayıqlara ziyan dəydikdən sonra ingilislər öz limanlarına qayıdıblar. Hadisədə ölən, yaxud yaralanan olmayıb.

Nurlan AĞA
AzNews.az