“Malidə cəmi 1000 əsgər qalacaq“

Paris ilin sonunadək Malidəki hərbi kontingentinin sayını min nəfərə çatdırmaq niyyətindədir. Apa-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Fransa prezidenti Fransua Olland televiziyaya müsahibəsində bəyan edib.

"Aprelin sonunda biz qoşunların çıxarılmasına başlayacağıq. Hazırda orada 4 min hərbçimiz var. İyulda Malidə 2 minədək əsgər qalacaq, ilin sonuna isə - cəmi 1000 nəfər"-, deyə prezident deyib və qeyd edib ki, ehtiyac yarandıqda Fransanın Malidəki hərbi iştirakı istənilən zaman gücləndirilə bilər.

Ollamdın sözlərinə görə, Fransa hərbi əməliyyatların əvvəlində qarşısına qoyduğu əsas vəzifələrin həllinə nail olub. "Biz əsas məqsədimizə - terrorçuların irəliləməsinin dayandırılmasına nail olduq. Bunu edə bildik. İkinci vəzifə - terrorçuların zəbt etdiyi şəhərlər üzərində nəzarəti bərpa etmək – buna da nail olduq", deyə dövlət başçısı qeyd edib.

Xatırladaq ki, Fransa hərbçiləri yanvarın 11-dən Malidə islamçı silahlılara qarşı hərbi əməliyyatlar həyata keçirir.

AzNews.az