- Köhnə - Dünya
- 31 Avqust 2018 16:44
- 18 109
Azərbaycanda içməli su ehtiyatı azalıb - Səbəb
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi KİV nümayəndələri üçün tədbir keçirdib. Tədbirin əsas mövzusunu “sudan səmərəli istifadə” , “buzlaqlar və qar örtüyü üzərində aparılan müşahidələr”, “çaylarda mövcud vəziyyət və ümumi müqayisələr” əhatə edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova öz çıxışında qurum olaraq hədəflərinin “ölkənin su ehtiyatlarından səmərəli istifadəsinə nail olmaq” olduğunu bildirib. O, qeyd edib ki, ETSN fəaliyyətinin əsas istiqamətlərindən biri bu sahədə əhali arasında geniş və hərtərəfli təbliğat işlərinin aparilmaq, önləyici tədbirlər görməkdir. Su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunması məqsədilə ETSN tərəfindən maarifləndirici video-çarx hazırlanıb. İradə İbrahimova əlavə olaraq digər ölkələrdəki içməli su ehtiyatlarının vəziyyətindən də danışıb, önləyici tədbir görülməzsə acı fəsadlar yaşanacağını deyib.
ETSN yanında İctimai Ekoloji Şuranın üzvü, su məsələləri üzrə ekspert Rafiq Verdiyev Azərbaycanın içməli su ehtiyatlarının yerləşdiyi ərazilərdən danışıb. Ekspert öz çıxışında bildirib ki, iqlim dəyişmələrinin təsiri və sərhəd dövlətlər tərəfindən istifadə nəticəsində transsərhəd çayların su ehtiyatları da son illər azalıb. O, qeyd edib ki, “müxtəlif addımlar atilmalı və uyğunlaşma tədbirləri keçirilməli, su təhcizatı qurğularında su itkilərinin qarşısını alınmalıdır. Burada əhalinin töhfəsi daha çoxdur”.
Tədbirdə Buzlaqlar və qar örtüyü üzərində aparılan müşahidələr, çaylarda mövcud vəziyyət və ümumi müqayisələr kimi məsələlərdən də danışılıb. ETSN Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bu ilin avqust ayinda buzlaqlar üzərində aparılan tədqiqatlar nəticəsində buzlaqların ümumi sahısinin 2,4 km müəyyən olunduğunu deyib. Hidroloq Azərbaycan ərazisində dağ buzlaqlarının əsasının Bazardüzü, Tufandağ, Şahdağ, Yatıxdərə və Arazdərə ərazisində yerləşdiyindən danışıb. Departament tərəfindən 103 hiroloji məntəqədə müşahidələr aparıldığını qeyd edib. Asif Verdiyev bildirib ki, “Müşahidə məlumatlarının təhlili göstərir ki, son 10 ildə Respublikanın daxili çaylarının, eyni zamanda transsərhəd çayların sululuğunda azalma tendensiya müşahidə olunur.”
Səidə
AzNews.az