- Köhnə - Dünya
- 31 Avqust 2018 17:47
- 2 775
Avropa da bu sistemdən imtina edir: Əhalinin 80%-i narahatdır

Avropa İttifaqı Komissiyasının sədri Jan Klod Janker yay-qış vaxtı tənzimlənməsindən imtina edəcəkləri ilə bağlı açıqlama verib.
AzNews.az “Euronews”a istinadən xəbər verir ki, bu haqda sədr özü Almaniyanın “ZDF” telekanalına açıqlamasında bildirib.
O, Avropa əhalisinin 80%-nin bu durumdan narahat olduğunu dilə gətirib.
Yay-qış vaxtı ilə saatların çəkilməsi üçün Aİ-dəki milli hökumətlər və Avropa Parlamentinin də təsdiqinin vacibliyini qeyd etmiş J.K.Janker, xüsusən, Finlandiyanın bu mövzuda israr etdiyini vurğulayıb.
Nurlan AĞA
AzNews.az